Vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlıq yaranıb

Vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlıq yaranıb Messencerin dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə qarşılaşıblar
Hadisə
4 May , 2017 03:02
Vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlıq yaranıb

Bakı. 4 may. REPORT.AZ/ Vatsap messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.

"Report" xəbər verir ki, buna səbəb vatsapın fəaliyyətində nasazlığın yaranması olub.

Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.

Nasazlıq bir neçə saat sonra aradan qaldırılıb. Lakin onun səbəbləri barəsində (yalnız messencerin rus bölməsi üzrxahlıqla kifayətlənib) hər hansı məlumat verilməyib.

Smartfonlar üçün nəzərdə tutulan vatsap istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə "facebook" onu 21,8 milyard dollara alıb.

Son xəbərlər

Orphus sistemi