Ucarda "KamAZ" minik avtomobili ilə toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Ucarda "KamAZ" minik avtomobili ilə toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB Ucar. 29 dekabr. REPORT.AZ/ Ucar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfərin yaralanıb.
Hadisə
29 Dekabr , 2018 12:26
Ucarda KamAZ minik avtomobili ilə toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Ucar. 29 dekabr. REPORT.AZ/ Ucar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfərin yaralanıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü, Xaçmaz rayon sakini Fizuli Camaləddin oğlu Fətəliyevin idarə etdiyi "Opel" markalı minik avtomobili 66 BL 678 Dövlət nömrə nişanlı"KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə F.Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Oktay oğlu Məmmədov və 1981-ci il təvəllüdlü Yeganə Aydəmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


*** 10:48

Bakı. 29 dekabr. REPORT.AZ/ Ucar rayonunda ağır yol qəzası olub.

FHN-dən “Report”a bildirilib ki, rayonun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi