“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakini inzibati qaydada həbs olunub - YENİLƏNİB

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakini inzibati qaydada həbs olunub - YENİLƏNİB “Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakininin işi məhkəməyə göndərilib.
Hadisə
5 İyun , 2023 20:47
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakini inzibati qaydada həbs olunub - YENİLƏNİB

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakini A.Süleymanov barəsində məhkəmənin qərarı ilə 30 gün inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

20:21

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakininin işi məhkəməyə göndərilib.

DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov "Report"a bildirib ki, “Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

O, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirib, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.

Qanunamüvafiq olaraq A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.

Son xəbərlər

Orphus sistemi