Tərtərdə uşaq bağçasının sabiq müdirinin cinayət işi məhkəməyə göndərilib

Tərtərdə uşaq bağçasının sabiq müdirinin cinayət işi məhkəməyə göndərilib Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başl
Hadisə
26 Oktyabr , 2022 10:16
Tərtərdə uşaq bağçasının sabiq müdirinin cinayət işi məhkəməyə göndərilib

Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə "Report"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərgiz Bağırova vəzifəli şəxs kimi 1 yanvar 2017-ci il tarixdən 1 yanvar 2022-ci il tarixə kimi olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini vahid qəsdlə mənimsəməklə talayıb.

Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqı hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilən ümumilikdə 3 181 manat pulu talayıb.

Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə CM-nin 179.2.3, 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi