Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı o narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud “patı” aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.
![](https://static.report.az/photo/44ad0b97-5851-3143-8f6a-e3f773c0ae2a_300.jpg)
![](https://static.report.az/photo/ee12f41a-7aa7-360d-8beb-01f7b8636eb5_300.jpg)
![](https://static.report.az/photo/986ee679-52ce-3bc0-a2ae-c99dcddded21_300.jpg)
![](https://static.report.az/photo/2f4497bb-ca05-3c22-8aaa-ea2474c7d84f_300.jpg)
![](https://static.report.az/photo/fc7da284-a7bf-360c-9f5c-de4bb10b4430_300.jpg)