Terrorçuluqda təqsirləndirilən ermənilər: "Mühəndis-istehkamçı kimi hərbi hissədə çalışmışıq"

Terrorçuluqda təqsirləndirilən ermənilər: "Mühəndis-istehkamçı kimi hərbi hissədə çalışmışıq" Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Hadisə
17 Dekabr , 2021 16:01
Terrorçuluqda təqsirləndirilən ermənilər: Mühəndis-istehkamçı kimi hərbi hissədə çalışmışıq

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İ.Sarqsyan bildirib ki, əvvəllər məhkum olunmayıb, məhkəmədən göndərilən sənədləri alıb və tanış olub: "Ali hərbi təhsilim var. Mühəndis-istehkamçı kimi hərbi hissədə çalışmışam".

Daha sonra digər təqsirləndirilən V.Rafaelyan deyib ki, Ermənistanın Üçmüədzin şəhərində yaşayıb: Ailəliyəm, iki oğlum var, əvvəllər məhkum olunmamışam. Mühəndis-istehkamçı kimi hərbi hissədə çalışmışam".

Məhkəmədə təqsirləndirilən şəxslərin diqqətinə çatdırılıb ki, onlar istədiyi müdafiəçiyə malik ola bilər və ya müdafiəçidən imtina da edə bilərlər. Eyni zamanda, onlara məhkəmədə vəzifələri haqqında məlumat verilib.

Qeyd olunub ki, dövlət ittihamçısı Zaur Qasımov olacaq.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq bildirib ki, hazırda müdafiə etdiyi şəxslərin cinayət əməli sübuta yetirilməyib, onlar təqsirsiz sayılırlar, qandalları açılmalıdır. 

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin olunub.

15.06

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

Hazırda iclas davam edir.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi