NYT ABŞ-nin İranı blokadası üçün yeni strategiyasına qarşı çıxan ölkələrin adlarını açıqlayıb
- 12 noyabr, 2026
- 03:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə, İraq və Pakistan ABŞ-nin İrana qarşı yeni strategiyasına və İslam Respublikası üçün quru ticarət yollarının bağlanmasına qarşı çıxırlar.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, ABŞ-nin İranı iqtisadi cəhətdən təcrid etmək kampaniyasının ilk addımı ölkənin limanlarının dəniz blokadası olub. Daha sonra Vaşinqton ölkənin hava nəqliyyatı şəbəkəsinin əhəmiyyətli hissəsini iflic edən sanksiyalar tətbiq edib. ABŞ indi də quru yollarını hədəf alır.
ABŞ rəsmiləri bir neçə həftədir, İranın qonşularını sərhəd keçidlərini bağlamağa çalışırlar. Bu barədə NYT-yə üç İraq rəsmisi və danışıqlardan xəbərdar olan bir ABŞ rəsmisi bildirib. Lakin İranın qonşuları Vaşinqtonun qərarının Tehranın özü qədər özləri üçün də zərərli ola biləcəyinə inanırlar.
Noyabrın 7-də şənbə günü ABŞ hərbçiləri Amerika kampaniyasına qoşularaq "Dəmir qapı" ("Iron Gate"- red) operativ qrupunun yaradıldığını elan edib. Hərbçilər qrupun İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalı materialların və qanunsuz maliyyə axınlarının qarşısını almağa diqqət yetirəcəyini bildiriblər. Lakin, NYT-nin məlumatına görə, işçi qrupunun necə fəaliyyət göstərəcəyi hələ məlum deyil.
Bundan əlavə, ABŞ-nin qərarı İranın ən böyük ticarət tərəfdaşlarından olan İraq üçün ən böyük təhlükə yaradır. Bağdad tam nəzarət edə bilmədiyi sərhəd boyunca iğtişaşlardan qorxur.