Sumqayıtda içərisində körpə olan çanta tapılıb

Hadisə
  • 07 sentyabr, 2015
  • 09:46
Sumqayıtda içərisində körpə olan çanta tapılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində çantanın içərisində uşaq tapılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.