Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Hadisə
6 Yanvar , 2025 11:14
Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıt şəhərində dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci il yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına dörd kişi, Uşaq Xəstəxanasına isə bir nəfər hospitalizasiya olunub.

Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.

09:31

Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi