Sumqayıtda avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanılıb

Sumqayıtda avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanılıb Sumqayıtda yol qəzası olub.
Hadisə
29 Noyabr , 2021 11:13
Sumqayıtda avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanılıb
0 : 00
0 : 00

Sumqayıtda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi