Sumqayıtda avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanılıb
Hadisə
- 29 noyabr, 2021
- 07:13
Sumqayıtda yol qəzası olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
00:04
Azərbaycan XİN başçısı ATƏT-in Baş katibi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Xarici siyasət00:00
Foto
Azərbaycan - NATO əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub
Xarici siyasət00:00
Bu gecə Azərbaycanda Super Ay hadisəsi müşahidə olunacaq
Elm və təhsil23:55
Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir
Xarici siyasət23:48
Foto
Azərbaycanla Norveç arasında ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət23:38
Ceyhun Bayramov Kaya Kallasla görüşüb - YENİLƏNİB
Xarici siyasət23:37
Ceyhun Bayramov niderlandlı həmkarı ilə siyasi məsləhətləşmələri müzakirə edib - YENİLƏNİB
Xarici siyasət23:17
Ceyhun Bayramov Vyanada rumıniyalı həmkarı ilə görüşüb
Xarici siyasət23:10