Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 26 fevral, 2026
  • 13:03
Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi 8 aylıq hamilənin xəstəxanada ölməsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Report"un yerli bürosuna bildirilib ki, fevralın 26-sı saat 02:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü qadın hospitalizasiya olunub.

Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.

Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti