Sumqayıtda 3 avtomobil toqquşub, dayanacaqda duranlar xəsarət alıb

Sumqayıtda 3 avtomobil toqquşub, dayanacaqda duranlar xəsarət alıb Sumqayıt şəhərində zəncirvari qəza baş verib.
Hadisə
23 Oktyabr , 2023 09:44
Sumqayıtda 3 avtomobil toqquşub, dayanacaqda duranlar xəsarət alıb

Sumqayıt şəhərində zəncirvari qəza baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1960-cı il təvəllüdlü Mədətov Hacıbaba Nurəli oğlunun idarə etdiyi "KamAz" markalı avtomobillə 1991-ci il təvəllüdlü Zəkiyev Fuad Abdul oğlunun idarə etdiyi "Lada Priora" markalı və 1983-cü il təvəllüdlü Ağayev Samir Yahya oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində yol kənarındakı dayanacaqda duran piyadalar - 2006-cı il təvəllüdlü Əhmədzadə Cəmilə Vidadi qızı və 1963-cü il təvəllüdlü Əliyev Aqil Məhərrəm oğlu xəsarət alıb.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları və Təcili Tibbi yardım briqdaları cəlb olunub. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi