Sumqayıtda dəm qazından zəhərlənən bir ailənin dörd üzvü müalicədən sonra evə buraxılıblar - YENİLƏNİB

Hadisə
  • 22 yanvar, 2026
  • 11:00
Sumqayıtda dəm qazından zəhərlənən bir ailənin dörd üzvü müalicədən sonra evə buraxılıblar - YENİLƏNİB

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

"Report"un yerli bürosunun məlumatına görə, dəm qazından zəhərlənmə hadisəsi Sumqayıtın Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, Əliyeva Günel Səməndər qızı (1990), Əliyev Məhəmməd Emin oğlu (2009) və Əliyeva Mədinə Emin qızı (2012) zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti