Şirvanda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - SİYAHI

Şirvanda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - SİYAHI Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb.
Hadisə
9 İyul , 2021 18:43
Şirvanda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - SİYAHI
0 : 00
0 : 00

Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Şıxəli Qurbanov küçəsində 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü Şəbiyev Səxavət Zaman oğlu, 1971-ci il təvəllüdlü Şəfiyev Zaur Əliqulu oğlu, 1955-ci il təvəllüdlü İsmayılova Rahilə Məhəmməd qızı, 1975-ci il təvəllüdlü Mehdiyeva Müşfiqə Xudayar qızı və 1979-cu il təvəllüdlü Əliyev Vasif Sədaqət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi