Baş Prokurorluq: "Bacısını öldürüb heç kimə xəbər vermədən dəfn edən qardaşın əməli ifşa edilib"

Baş Prokurorluq: "Bacısını öldürüb heç kimə xəbər vermədən dəfn edən qardaşın əməli ifşa edilib" Belə ki, cari il martın 14-də 19
Hadisə
228
16 Mart , 2022 10:59
Baş Prokurorluq: Bacısını öldürüb heç kimə xəbər vermədən dəfn edən qardaşın əməli ifşa edilib

Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü açılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, cari il martın 14-də Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğuna daxil olan müraciət əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkarlanıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Alim Rəsulov martın 14-ü saat 07 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı bacısı Bəhruzəni əli ilə boğaz nahiyəsindən vuraraq öldürüb.

Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən edilib.

Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi