Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib - YENİLƏNİB - 2

Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib - YENİLƏNİB - 2 Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
26 Oktyabr , 2023 09:07
Tərtərdə minaya düşən şəxsin  bir qolu amputasiya edilib - YENİLƏNİB - 2

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı barədə məlumat yayıb.

Qurumdan "Report"a verilən məlumatda bildirilib ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

"Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

07:58

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

07:56

Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Nurəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi