Şəmkirdə avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Hadisə
  • 27 sentyabr, 2021
  • 18:25
Şəmkirdə avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Şəmkir şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər, 7-ci küçə ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini, B.Namazovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil F.Quliyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub. Qəza nəticəsində avtomobillərin birində olan bir ailənin 3 üzvü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:35

Şəmkir şəhərində yol avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin 7-ci küçə adlanan ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.