Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı

Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıbŞəmkirdə sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər
Hadisə
2655
30 Avqust , 2020 09:53
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı

Şəmkirdə sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən əlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsi, məscidlərin fəaliyyəti dayandırılması barədə maarifləndirici söhbətlər aparıb.

Polis əməkdaşlar rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər Xiyabanında bir qrup şəxsin toplaşaraq "Aşura" mərasiminin keçirilməsinə cəhd etdiklərini aşkarlayıb.

Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər  kənd sakini saxlanılaraq RPŞ-yə  gətiriliblər. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində isə toplanan material isə baxılması üçün  rayon məhkəməsinə göndərilib. 

Orphus sistemi