Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB
- 22 noyabr, 2022
- 05:45
Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, ilkin məlumata görə, rayonun Könüllü kəndində - 1989-cu il təvəllüdlü Pərviz İsayev 1977-ci il təvəllüdlü Azər Əliyevlə söyüş üstdə mübahisə edib.
Bu zaman P.İsayev A.Əliyevə bir neçə bıçaq zərbəsi vuraraq ona xəsarətlər yetirib. Bundan xəbər tutan A.Əliyevin qardaşı, 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev hadisə yerinə gəlib və üzərində olan bıçaqla P.İsayevə xəsarətlər yetirib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis B.Əliyevi saxlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
07:59
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 33 yaşlı P.İsayev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
O, Gəncədə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.