Selin Tərtər sakinlərinə vurduğu ziyan müəyyənləşib

Selin Tərtər sakinlərinə vurduğu ziyan müəyyənləşib Ötən gün sel sularının Tərtər rayonu ərazisində vurduğu ziyan müəyyənləşib.
Hadisə
1 May , 2023 15:48
Selin Tərtər sakinlərinə vurduğu ziyan müəyyənləşib

Ötən gün sel sularının Tərtər rayonu ərazisində vurduğu ziyan müəyyənləşib.

Bu barədə "Report"un Qarabağ bürosuna rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Bildirilib ki, ötən gün saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonuna dəymiş ziyan barədə ilkin məlumat hesablanıb.

Qeyd edilib ki, rayonun Dəmirçilər kəndində vətəndaşlara məxsus 70 fərdi yaşayış evinin həyətini su basıb, 16 hektar buğda, 15 hektar arpa, 3 hektar pambıq, 5 hektar günəbaxan, 30 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.

Həmçinin vurğulanıb ki, Ağkənd kəndində vətəndaşlara məxsus 40 fərdi yaşayış evinin həyətini su basıb, 23 hektar buğda, 25 hektar arpa, 7 hektar günabaxan, 20 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi