Şəkidə avtomobil qaz xəttinə çırpılıb, xəsarət alan var

Şəkidə avtomobil qaz xəttinə çırpılıb, xəsarət alan var Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 Noyabr , 2022 13:45
Şəkidə avtomobil qaz xəttinə çırpılıb, xəsarət alan var

Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, İzzət Həsənovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobil nasazlıq səbəbindən idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna, sonra isə divara çırpılıb. Nəticədə qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qaz xəttinin zədələnməsi nəticəsində ətraf ərazidəki bir neçə evə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi