Şəkidəki ağır qəzanın bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
- 19 dekabr, 2022
- 17:12
Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.
Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.
Hadisə nəticəsində ölənlər və xəsarət alanlar iki ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
20:33
Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.