Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib
Digər ölkələr
- 27 aprel, 2026
- 03:11
Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara hücum nəticəsində öldürülüb.
"Report" xəbər verir ki, bu barədə dövlət televiziyasının efirində hökumətin rəsmi nümayəndəsi İssa Usman Kulibali bildirib.
Onun sözlərinə görə, Kamara aprelin 25-də yaraqlıların nazirin həmin vaxt olduğu evə hücumu zamanı öldürülüb.
Daha əvvəl Kamaranın vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar mövcud idi. İlk olaraq Malinin Müdafiə Nazirliyi idarə rəhbərinin hücum zamanı xəsarət almadığını bildirmişdi. Daha sonra "Jeune Afrique" jurnalı nazirin Bamako şəhərinin ətrafındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı ilə təchiz edilmiş yük maşınının partladılması nəticəsində həlak olduğunu qeyd etmişdi.
Son xəbərlər
14:30
Foto
Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar
Daxili siyasət14:28
Foto
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
Hadisə14:26
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
Xarici siyasət14:25
Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub, 21-i ölüb
Hadisə14:22
Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma aşkarlanmayıb
Sağlamlıq14:21
Fon der Lyayen: İrana qarşı sanksiyaların ləğv edilməsi üçün əsaslı dəyişikliklər lazımdır
Digər ölkələr14:14
Foto
Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb
Fərdi14:10
"Hizbullah" Livanın İsraillə birbaşa danışıqlarını "ağır günah" adlandırıb
Digər ölkələr14:08