Çadda lokal qarşıdurmada 40-dan çox şəxs həlak olub
Digər ölkələr
- 27 aprel, 2026
- 03:55
Çadın şərqində icmalararası toqquşma 40-dan çox insanın həyatına son qoyub.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Vadi-Fira regionunda baş verib.
Qeyd olunub ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra alovlanıb.
"Ən azı 42 nəfər həlak olub", - hökumətin regiondakı nümayəndəsi Brahim İssa Qalmaye bildirib.
Çadın şərqində torpaq, mal-qara və suya çıxış üstündə yaranan icmalararası toqquşmalar geniş yayılmış haldır. "International Crisis Group" qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə bu cür münaqişələr səbəbindən mindən çox insan həlak olub, 2 minə yaxın şəxs yaralanıb.
Son xəbərlər
08:34
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb
Elm və təhsil08:21
Hərbi bazada baş verən hadisə nəticəsində bir neçə İsrail əsgəri yaralanıb
Digər ölkələr08:08
Foto
Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:54
Video
Amerikada "NASCAR" yarışlarında 30-dək avtomobilin iştirakı ilə qəza baş verib
Digər ölkələr07:25
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
Digər ölkələr06:54
"Axios": İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
Digər ölkələr06:23
CENTCOM Hörmüzdə blokadanın başlanğıcından bəri ələ keçirilən gəmilərin sayını açıqlayıb
Digər ölkələr05:49
Tramp Vaşinqtondakı qəbulda atəş açan şəxsin onu hədəf aldığından əmin deyil
Digər ölkələr05:20