Şamaxıda arvadını uşaqlarının gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayır

Şamaxıda arvadını uşaqlarının gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayır 01.10.2021-ci il tarixdə Şamaxı rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. İstintaqla zərərçəkmişin əri 1985-ci il t
Hadisə
13 Yanvar , 2022 15:56
Şamaxıda arvadını uşaqlarının gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayır

Şamaxı rayonunda arvadını uşaqlarının gözü qarşısında öldürməkdə təqsirləndirilən Şakir Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il oktyabrın 1-də rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ş.Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ş.Cəfərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi