Salyanda eyni ailənin 5 üzvünün ayrı-ayrı vaxtlarda öldürüldüyü məlum olub

Salyanda eyni ailənin 5 üzvünün ayrı-ayrı vaxtlarda öldürüldüyü məlum olub Salyan. 8 dekabr. REPORT.AZ/ Salyan rayonunda Mehparə Əliyeva və 4 qızının ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Hadisə
8 Dekabr , 2017 17:40
Salyanda eyni ailənin 5 üzvünün ayrı-ayrı vaxtlarda öldürüldüyü məlum olub
Report

Salyan. 8 dekabr. REPORT.AZ/ Salyan rayonunda Mehparə Əliyeva və 4 qızının ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

"Report"un Aran bürosunun əldə etdiyi xəbərə görə, aparılan tibbi ekspertiza nəticəsində qətlə yetirilən beş nəfərin eyni gündə deyil, ayrı-ayrı vaxtlarda öldürüldüyü üzə çıxıb.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi