Sabunçuda 27 yaşlı gənci avtomobil vurub

Hadisə
  • 20 sentyabr, 2024
  • 22:53
Sabunçuda 27 yaşlı gənci avtomobil vurub

Bakının Sabunçu rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü Səttarov Murad Əhliman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.