Fransa XİN supermarketlərə edilən kiberhücumlara görə İran səfirini çağırıb

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 14:07
Fransa XİN supermarketlərə edilən kiberhücumlara görə İran səfirini çağırıb

Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkənin yüzlərlə supermarketində soyuducu sistemlərin sıradan çıxması ilə nəticələnən genişmiqyaslı kiberhücumda Tehranın əli olması barədə bəyanatlar fonunda İran səfirini çağırıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.

Fransa rəsmilərinin məlumatına görə, oktyabr ayında bütün ölkə üzrə kommersiya soyuducu sistemlərinin işini pozan kiberhücumların arxasında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır.

Xəbər yenilənir