Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB Şabranda doğuş zamanı ana və körpəsi ölüb.
Hadisə
12 Mart , 2024 20:07
Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır.

Şabran Rayon Mərkəzi Xəstəxanasının ictimayətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəms Şahbazlı "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

18:38

Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi