Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB Sabirabad. 3 noyabr. REPORT.AZ/ Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.
Hadisə
4 Noyabr , 2018 09:20
Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Sabirabad. 3 noyabr. REPORT.AZ/ Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

“Report”un Mil-Muğan bürosu xəbər verir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Hadisəni "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib.


***20:46

Sabirabad. 3 noyabr. REPORT.AZ/ Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.

Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi