Sabirabadda ağır yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sabirabadda ağır yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.
Hadisə
10 Mart , 2024 14:10
Sabirabadda ağır yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Zalqarağac kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

13:50

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi