Xankəndidə ötən il emal sənayesinin dəyəri 9 dəfəyə yaxın artıb

Sənaye
  • 10 oktyabr, 2026
  • 16:09
Xankəndidə ötən il emal sənayesinin dəyəri 9 dəfəyə yaxın artıb

2025-ci ildə Xankəndi şəhərində 9 milyon 358,5 min manat dəyərində emal sənayesi məhsulu istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 8,6 dəfə çoxdur.

Bunun 3 milyon 27,4 min manatı (6,4 dəfə çox) toxuculuq sənayesinin, 3 milyon 22,1 min manatı (5 dəfə çox) mebel istehsalının, 1 milyon 613,9 min manatı (istehsal olmayıb) nəqliyyat vasitələrinin istehsalının, 1 milyon 144,6 min manatı (olmayıb) elektrik avadanlıqlarının istehsalının, 285,8 min manatı (olmayıb) qida məhsullarının istehsalının, 221,6 min manatı (12,3 dəfə çox) geyim istehsalının, 27,3 min manatı (olmayıb) metallurgiya sənayesinin, 15,8 min manatı (olmayıb) maşın və avadanlıqların quraşdırılması və təmirinin payına düşüb.

Hesabat dövründə Xankəndi şəhərində ümumilikdə 9 milyon 659,7 min manat (6,6 dəfə çox) dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. Qalan 301,2 min (16,2 % az) manatlıq hissəni su təchizatı, tullantıların təmizlənməsi və emalı təşkil edib.

44 - Tezliklə