Sabirabadda 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib

Sabirabadda 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib Hadisə martın 28-də rayonun Ulacalı kəndində baş verib
Hadisə
30 Mart , 2017 19:46
Sabirabadda 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən atanın barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Sabirabad Rayon Məhkəməsində 7 yaşlı oğlunu çəkiclə amansızcasına öldürən Röyal Məmmədovun barəsində həbs qətimkan tədbirininin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, R.Məmmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

R.Məmmədov qətl hadisəsini törətdiyi üçün özünü təqsirli bildiyini söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, hadisə martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində baş verib. Həmin kənddə yaşayan, əvvəllər məhkum olunmuş R.Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Son xəbərlər

Orphus sistemi