Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Hadisə
- 15 mart, 2023
- 04:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
10:09
Foto
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
İKT
10:07
İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Xarici siyasət
09:49
"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
Futbol
09:47
Qırğızıstanda energetik içkilərin istehsalı və idxalı tamamilə qadağan edilə bilər
Region
09:35
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
Futbol
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə