Rusiyada heroini yolsuzluq avtomobilinə dəyişmək istəyən Azərbaycanın vətəndaşı həbs olunub - FOTO

Rusiyada heroini yolsuzluq avtomobilinə dəyişmək istəyən Azərbaycanın vətəndaşı həbs olunub - FOTO Narkodiler barəsində iki cinayət işi açılıb
Hadisə
12 Fevral , 2016 14:19
Rusiyada heroini yolsuzluq avtomobilinə dəyişmək istəyən Azərbaycanın vətəndaşı həbs olunub - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Amur regionunda yaşayan Azərbaycan vətəndaşı üzərində yüksək keyfiyyətli heroinlə yaxalanıb. "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, o, narkotik maddəni "Toyota Land Cruiser" yolsuzluq avtomobiliylə dəyişdirmək istəyib.

Amma satıcı rolunda narkotiklərə nəzarət şöbəsinin əməliyyatçıları olunca, alqı-satqı baş tutmayıb. Mübadilə üçün Talakan qəsəbəsinə gələn azərbaycanlı avtomobildən razı qalıb və malın bir hissəsini göstərib. Alıcının narkotikləri gətirdiyini görən əməliyyatçılar onu həbs edib.

Onun üzərində 240 qramdan çox heroin olub. Narkodilerin evində axtarış zamanı isə malın qalan hissəsi müsadirə olunub. Əməliyyat məlumatına görə, ümumi malın dəyəri 3 milyon rubldan, başqa sözlə 38 min ABŞ dollarından çox olub.

Narkodiler barəsində iki cinayət işi açılıb. Hazırda 46 yaşlı şəxs həbs edilib. Ona 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Son xəbərlər

Orphus sistemi