Rusiya vətəndaşları Kürdəmirdə yol qəzasına düşüblər, ölən və yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB

Rusiya vətəndaşları Kürdəmirdə yol qəzasına düşüblər, ölən və yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB Kürdəmir. 7 oktyabr. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Hadisə
7 Oktyabr , 2018 16:15
Rusiya vətəndaşları Kürdəmirdə yol qəzasına düşüblər, ölən və yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB

Kürdəmir. 7 oktyabr. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi "Şkoda" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, iadarə etdiyi nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları - 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.


***16:15

Kürdəmir. 7 oktyabr. REPORT.AZ/ Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Şkoda" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan 2 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi