Qubada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
- 23 oktyabr, 2023
- 18:36
Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, yaralılar - 1997-ci il təvəllüdlü Bağırov Roman Nizami oğlu, 2006-cı il təvəllüdlü Əhmədi Fidan Məhzər qızı 1983-cu il təvəllüdlü Həsənova Vüsalə Sübhan qızı, 2003-cü il təvəllüdlü Kərimova Aişə Eldar qızı, 1991-ci il təvəllüdlü Zalov Elxan Məcid oğlu, 1994-cü il təvəllüdlü Zalov Tərlan Zeynal və 2009-cu il təvəllüdlü Zalov Fəqan Məcid oğludur.
Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
20:25
Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın səbəbləri araşdırılır.