Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB İyunun 2-də saat 01:30 radələrində Quba rayonunda 1997-ci təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə
2 İyun , 2023 07:14
Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.

Quba Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, iyunun 2-si saat 1 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

04:04

İyunun 2-də saat 1:30 radələrində Quba rayonunda 1997-ci il təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1996-cı il təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi