Qətldə təqsirləndirilən Şərur sakini həbs edilib
Hadisə
- 22 oktyabr, 2023
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.
"Report"un yerli bürosu xəbər verir ki, o, Şərur rayonu Yengicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib. Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
18:40
Foto
"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı
Komanda
18:26
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Digər ölkələr
18:17
İranın ticarət gəmilərinə hücumları Hörmüz boğazında gəmi trafikini azaldıb
Digər ölkələr
17:58
İndoneziyada fabrikdə yanğın nəticəsində ölənlərin sayı durmadan artır - Yenilənib
Digər ölkələr
17:52
"BepiColombo" kosmik aparatı Merkurinin orbitinə daxil olub
Elm və təhsil
17:31
Foto
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Futbol
17:14
Azərbaycan Basketbol Liqasında I turdan təxirə salınmış oyun keçirilib
Komanda
17:10
Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
Digər ölkələr
16:56
Video
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Digər ölkələr