Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb - YENİLƏNİB2

Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb - YENİLƏNİB2 Bölgədə axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Samux, Tovuz və digər rayonların bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hadisə
30 Mart , 2023 16:07
Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb - YENİLƏNİB2

“Azərişıq” ASC-dən “Report”a bildirilib ki, səhər saatlarında Qərb regionlarında elektrik enerjisi təchizatı bərpa edilib: “Bu gün səhər saat 10:00-dək güclü külək nəticəsində Gəncə şəhəri və Goranboy rayonu ərazisində elektrik enerjisi verilişində yaranmış fasilə aradan qaldırılıb. Hazırda isə Samux rayonu ərazisində elektrik enerjisinin verilişinin bərpası istiqamətdə işlər aparılır və qarşıdakı dəqiqələrdə həmin ərazidə də abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək”.

12:27

Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək Goranboy və Şəmkir rayonlarının bir neçə kəndində də elektrik enerjisinin kəsilməsinə səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboyun Qızılhacılı, Xan Qərvənd, Boluslu Məşədiqaralar, Eyvazlılar kəndlərinə və Goran qəsəbəsinə, həmçinin Şəmkirin bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

11:00

Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Samux, Tovuz və digər rayonların bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda güclü külək Gəncə şəhərinin bəzi hissələrində, Samux rayonunun Qarayeri qəsəbəsində və Tovuz rayonunun bir neçə kəndini işıqsız qoyub.

Belə ki, elektrik dirəyinin aşması nəticəsində Tovuzun Şamlıq ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurum tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi