​Qənimət Zahidin qohumları məhkəmədə ifadə verib

​Qənimət Zahidin qohumları məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib
Hadisə
26 Fevral , 2016 16:45
​Qənimət Zahidin qohumları məhkəmədə ifadə verib

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Hər iki şəxs özlərini təqsirli bilməyiblər. R.Zahidovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

Son xəbərlər

Orphus sistemi