Qaxda "Xaşxaş-2016" əməliyyatı keçirilib, 6 574 ədəd çətənə kolu məhv edilib - FOTO

Hadisə
  • 25 iyun, 2016
  • 12:36
Qaxda Xaşxaş-2016 əməliyyatı keçirilib, 6 574 ədəd çətənə kolu məhv edilib - FOTO

Qax. 25 iyun. REPORT.AZ/ Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna Qax Rayon Polis Şöbəsindən məlumat verilib.

Belə ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən olunaraq məhv edilməsi istiqamətində "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib.

Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1.2 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Polis əməkdaşları ərazidən 6 574 ədəd ümumi çəkisi 2 ton 435 kq olan narkotik tərkibli bitki olan çətənə kollarını toplayaraq yandırıblar.

Qax Rayon Polis Şöbəsindən bildirilib ki, narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.