Qaxda qəzaya uğrayan avtomobil kanala aşıb, xəsarət alanlar var

Hadisə
  • 06 dekabr, 2021
  • 13:07
Qaxda qəzaya uğrayan avtomobil kanala aşıb, xəsarət alanlar var

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan "Toyota" və "VAZ-21074" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Toyota" yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.