Qaxda 17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub, ölən və yaralılar var

Qaxda 17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub, ölən və yaralılar var Qax rayonunda ağır yol qəzası baş verib.
Hadisə
15 İyun , 2021 22:14
Qaxda 17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub, ölən və yaralılar var

Qax rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində "Daewoo"nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, "Daewoo"dakı sərnişinlərin üçü də məzundur.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi