Polis rəisinin müavinini şantaj etməkdə ittiham olunan qadına hökm oxunub

Hadisə
  • 25 dekabr, 2017
  • 08:19
Polis rəisinin müavinini şantaj etməkdə ittiham olunan qadına hökm oxunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Polis rəisinin müavinini şantaj etməkdə ittiham edilən qadına hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan V.D. cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Dövlət ittihamçısı onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən ona 5 il müddətinə azadlıqdan məhrum edilib.

V.D. ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olub.

Zərərçəkmişlər iddia edirlər ki, o istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib.

Qeyd edək ki, zərərçəkmiş zəxslərdən Pərviz İsmayılov İsmayıllı rayon Polis şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.

44 - Tezliklə