Pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxs saxlanılıb

Pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxs saxlanılıb Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətin
Hadisə
167
17 Dekabr , 2021 10:39
Pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxs saxlanılıb
Elvin Mirizadə

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, növbəti tədbir Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilib.

Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakini Elvin Mirizadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qanunsuz olaraq satışını təşkil edən şəxslərin aşkar olunması istiqamətində bundan sonra da ciddi tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi