Paytaxtda it azyaşlıya hücum edərək ona xəsarət yetirib

Paytaxtda it azyaşlıya hücum edərək ona xəsarət yetirib Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.
Hadisə
21 Aprel , 2019 23:40
Paytaxtda it azyaşlıya hücum edərək ona xəsarət yetirib

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.

Azyaşlı əvvəlcə Xocahəsən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Onun müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi