Prokuror rüşvətdə ittiham edilən gömrük vəzifəlisinə cəza istəyib

Prokuror rüşvətdə ittiham edilən gömrük vəzifəlisinə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
4 Noyabr , 2019 15:27
Prokuror rüşvətdə ittiham edilən gömrük vəzifəlisinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsi prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi