Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Hadisə
  • 20 yanvar, 2024
  • 06:38
Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

44 - Tezliklə